Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bakıdakı dünya çempionatı özünəməxsus iz buraxacaq" - Orxan Məmmədov
    14.04.2025 12:17:16

    “Dünya çempionatının Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”.

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Dünya Minifutbol Federasiyasının rəsmi saytına açıqlamasında deyib.

    Qurum rəhbəri ölkəmizdə minifutbolun hazırkı durumu, inkişafı haqqında danışıb. O, həmçinin may ayında Bakıda keçiriləcək dünya çempionatına hazırlıqdan bəhs edərək, bu mötəbər yarışın yüksək səviyyədə təşkil olunacağını bildirib. “Dünya çempionatı azarkeşlərimiz üçün əsl bayram olacaq. İlk olaraq qeyd edim ki, Azərbaycan Minifutbol Federasiyası bu idman növünün ölkəmizdə inkişaf etməsi və populyarlaşması üçün ciddi işlər görür. Federasiyamız dünya və Avropa minifutbol federasiyalarının aktiv üzvü kimi bir çox tədbir və konfranslarda fəal iştirak edir, təcrübə mübadiləsi aparır. Yarandığı gündən etibarən federasiya milli komandamızın 3 Avropa çempionatı və bir dünya çempionatında iştirakını təmin edib. Bundan başqa, komandamız Avropa çempionu olduqdan sonra, 2022-ci il iyunun 14-də Azərbaycan Prezidenti İlham Əliyev millimizin üzvlərini qəbul edib. Məhz ölkə rəhbərinin belə diqqətinin nəticəsidir ki, hazırda insanlar minifutbola ciddi maraq göstərirlər. Gündən-günə daha çox insan və hətta peşəkar futbolçu olmayanlar da minifutbola üz tutur.

    Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi nüfuzunun ifadəsidir. Bu mundial ölkəmizdə böyük səbirsizliklə gözlənilir. Çünki bu bizim azarkeşlərimiz üçün əsl bayram deməkdir”.

    O, Bakıdakı mundialın özünəməxsus iz buraxacağını söyləyib: “Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışı - minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. Əlbəttə, çətinliklərin olması təbii haldır. Olduqca məsuliyyətli vəzifəni öhdəmizə götürmüşüksə, heç bir çətinlikdən çəkinməməliyik. Artıq hazırlıqların son mərhələsindəyik. Bu günə kimi hər şey plan üzrə davam edir. Azarkeşlər nəinki Milli Gimnastika Arenasında keçirilən möhtəşəm açılış mərasiminin və gözəl oyunların şahidi olacaqlar, həm də paralel olaraq, Bakı bulvarında keçiriləcək maraqlı və əyləncəli tədbirlərdə iştirak edə biləcəklər. Əminəm ki, həmin günlərdə hava şəraiti də yaxşı olacaq və azarkeşlərin Bakının gözəl yerləri ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, Bakıdakı mundial dünya minifutbol tarixində özünəməxsus iz buraxacaq”.

    O.Məmmədov qısa müddətdə belə kütləviliyə nail olmağın sevindirici hal olduğunu vurğulayıb: “Bizim ölkədə böyük futbol qədər, minifutbol da çox sevilir. Bu idman növünə maraq komandamızın Avropa çempionluğundan sonra daha da artıb. İndi bizim federasiyaya məxsus meydançalarımızda uşaqdan-böyüyə hər kəs minifutbol oynayır. Qısa müddətdə inanılmaz kütləviliyə nail olmaq bizi sevindirir. Azarkeşlərimiz isə bizi hər zaman dəstəkləyirlər. Misal üçün, 2023-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirildi. Həmin yarışda müxtəlif ölkələrdən 10 komanda iştirak etdi. Bakı Tennis Akademiyasında keçirilmiş oyunlarda azarkeşlər millimizə möhtəşəm dəstək göstərdilər. Bu dəstək yığmamızın uğurlarına ciddi təsir etdi. Dünya çempionatında da onların güclü dəstəyini hiss edəcəyimizə əminəm.

    Digər ölkələrdən olan azarkeşləri Bakıda görməkdən məmnun olacağıq. Bizim ölkəmiz olduqca qonaqpərvər yerdir. Ən əsası isə gözəl və tam təhlükəsiz ölkədir. Bütün azarkeşləri paytaxtımıza dəvət edirik. Onlar nəinki gözəl oyunların şahidi olacaq, həmçinin Azərbaycanın fərqli mədəniyyəti və insanları ilə tanış olmaq imkanı əldə edəcəklər. İnanıram ki, Bakıdakı dünya çempionatı onların yaddaşında ən unudulmaz mundiallardan biri kimi qalacaq. Komandaların hər birinə isə uğurlar arzulayıram”.

    Qeyd edək ki, paytaxtımızda təşkil olunacaq dünya çempionatı mayın 21-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında keçiriləcək.

    Minifutbol

    Sumqayıt təmsilçisi Polşa və Çexiya klubları ilə eyni qrupda

    11.09.2026 14:40:21
    Minifutbol

    Azərbaycan təmsilçilərinin Çempionlar Liqasındakı rəqibləri bilindi

    11.09.2026 14:08:43
    Minifutbol

    Orxan Məmmədov Filipp Cuda ilə görüşdü

    8.09.2026 13:50:34
    Futbol

    Azərbaycanlı yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti seçildi

    7.08.2026 21:15:20
    Futbol

    Rövşən Nəcəf çempion komanda ilə görüşdü - FOTOLAR

    12.06.2026 18:29:54
    Minifutbol

    "Qarabağ" Brüsseldə 2-ci yeri tutdu – FOTOLAR

    8.06.2026 16:40:52
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved