Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    İlham Yadullayev seçmə mərhələdəki uğursuzluqdan danışdı: "Təəssüflənirəm"
    23.03.2025 20:05:02

    “Turnirə yaxşı hazırlaşmışdıq. Hər iki rəqib güclü idi".

    Prosport.Az xəbər verir ki, bunu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) baş məşqçisi İlham Yadullayev Albaniyanın Elbasan şəhərində təşkil olunan Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirərkən deyib.

    O, əvvəlcə B Liqasının VI qrupunda meydan sahibi Albaniya yığmasına (1:4) qarşı keçirilmiş ilk oyunu qiymətləndirib: "İlk oyunumuz meydan sahibi Albaniya yığmasına qarşı oldu. Standart vəziyyətdən erkən qol buraxdıq. Matçın startında uşaqlarda həyəcan hiss olunurdu. Hissənin sonlarına yaxın oyunu bərabərləşdirdik. 2-ci hissəyə ön xətdə pressinqlə başladıq və bunun bəhrəsini gördük. Bərabərlik qolundan sonra irəlidə təzyiqi davam etdirmək istədik. Ancaq qısa müddətdə qapımızda 2-ci qolu buraxdıq. Bundan sonra hücuma atılsaq da, rəqib əks-hücumlarla daha 2 dəfə fərqləndi”.

    İlham Yadullayev U-17-nin Uels ilə heç-heçə etdiyi (0:0) qarşılaşmada daha inamlı oyun sərgilədiklərini deyib: “Albaniya texniki cəhətdən yaxşı komanda idisə, Uels fiziki və taktiki cəhətdən güclü görünürdü. Bərabər səviyyədə mübarizə getdi. İlk hissədə qapımıza təyin edilən penaltini qapıçımız dəf etdi. Bu, futbolçularımızda ruh yüksəkliyi yaratdı. Qol vurmaq üçün imkanlarımız oldu. Elə mübarizə getdi ki, hər iki komanda qalib gələ bilərdi. Uşaqlarda həyəcan olmadığından, bu dəfə daha rahat çıxış etdilər. 2 oyunda 1 xal toplamağımıza görə təəssüflənirəm. Ancaq gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

    Futbol

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45
    Futbol

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18
    Futbol

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31
    Futbol

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55
    Futbol

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50
    Futbol

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved