17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Avropa çempionatının II seçmə mərhələsində 2-ci oyununu keçirib.
Prosport.Az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan millimiz son görüşündə Uels yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
İngiltərənin "Mançester Yunayted" klubunun 16 yaşlı hücumçusu Lui Bradberi 37-ci dəqiqədə penaltidən yararlana bilməyib. İlham Yadullayevin baş məşqçisi olduğu millimiz bu heyətlə mübarizə aparıb:
Azərbaycan (U-17): 22. Elbrus Kərimov, 3. Murad Qurbanov (2. Nadir Nəsibli, 69), 4. Tuncay Əhmədov, 5. Amin Rzayev, 8. Abdulaziz Cabbarlı (6. Ariz Kərimov, 60), 10. Əli Qazıbəyov, 16. Tunar Muradov (13. Səttar Tahirzadə, 75), 18. Həzrət Səmədov, 19. İbrahim Babayev (17. Vüsal Kərimov, 69), 20. Əhməd Vəliyev, 9. Tunar Rzayev (7. İslam Həsənov, 46)
Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.
