Azərbaycan Basketbol Liqasında XVIII turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzinin A qrupunda keçirilən görüşündə "Naxçıvan" "Sərhədçi"yə 68:66 hesabı ilə qalib gəlib.
"Sərhədçi" Azərbaycan Kuboku da daxil olmaqla, ardıcıl 4-cü məğlubiyyətini alıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" "Sumqayıt"ı 104:96, "Gəncə" "Ordu"nu 95:84, "Sabah" isə "Abşeron"u 99:64 hesabı ilə məğlub edib. Tura martın 16-da yekun vurulacaq.