Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Zirə" yenə Azərbaycan çempionu ola bilmədi
    11.03.2025 23:22:44

    Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.

    Prosport.Az xəbər verir ki, final matçında "Birbaşa Bakı" və "Zirə" komandaları qarşılaşıb.

    Maraqlı və bərabər səviyyəli keçən mübarizədə “Birbaşa Bakı” qalib gəlib. Oyunun 2-ci hissəsində əvvəlcə Eşqin Tağıyev hesabı açıb. Daha sonra Təmkin Xəlilzadə vurduğu gözəl qolla oyunun nəticəsini müəyyənləşdirib. Beləliklə əzəli rəqibi olan “Zirə”yə 2:0 hesabı ilə qalib gələn “Birbaşa Bakı” növbəti dəfə Azərbaycan çempionu olub.

    Bu matçdan öncə isə 3-cü yer uğrunda görüş keçirilib. “Qalaksi” və AZNUR komandalarının oyununda əsas vaxtda qapılara qol vurulmayıb. Penaltilər seriyasında isə daha dəqiq olan AZNUR kollektivi 3:1 hesabı ilə üstün olaraq Azərbaycan çempionatının bürünc medallarını qazanıb.

    Turnirin ən yaxşı qapıçısı “Zirə”nin qolkiperi Ağaseyid Qasımov seçilib. Bu futbolçunu Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov mükafatlandırıb. Turnirin ən məhsuldar oyunçusu “Göyçə”nin üzvü Tural Adıgözəlova mükafatı “Zirə” futbol klubunun baş məşqçisi Rəşad Sadıqov təqdim edib. Çempionatın ən yaxşı oyunçusu “Birbaşa Bakı”nın üzvü Elvin Əlizadə olub. Ona mükafatı Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov tərəfindən verilib.

    Çempionatda 3-cü yeri tutan AZNUR komandasına medalları AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim edib. Həlledici oyunda məğlub olaraq 2-ci olan “Zirə”yə gümüş medallar gənclər və idman naziri Fərid Qayıbov və Orxan Məmmədov tərəfindən verilib. Nəhayət, Azərbaycan çempionu olan “Birbaşa Bakı” komandasına medalları ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının prezidenti Filip Çuda və Avropa Minifutbol Federasiyasının prezidenti Peter Klarik tərəfindən verilib.

    Sonda çempionluq kubokunu Orxan Məmmədov qalib komandaya təqdim edib.

    Qeyd edək ki, finaldakı hər iki komanda yeni mövsümdə də Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

    Futbol

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03
    Futbol

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51
    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved