Azərbaycan Basketbol Liqasında XVII tura 1 oyunla start verilib.
Prosport.Az xəbər verir ki, A qrupunda NTD "Naxçıvan"la üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə bunadək qrup sonuncusu olan Bakı təmsilçisi 85:78 hesablı qələbəyə sevinib. Bununla da NTD sonuncu pilləni tərk edib. "Naxçıvan" isə ardıcıl 2-ci yenilgisini alıb.
Qeyd edək ki, turun digər görüşləri sabah və martın 9-da keçiriləcək.
