Futbol üzrə Azərbaycan I Liqasında XVII tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçirilib.
MOİK autsayder “Qaradağ Lökbatan”ı məğlub edə bilməyib. Aşağı sıralarda olan və ötən tur "Mingəçevir"ə 0:1 uduzmuş “Difai” (Ağsu) bu dəfə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda eyni hesabla “Baku Sportinq”ə uduzub.
I Liqa
XVII tur
6 mart
“Difai” – “Baku Sportinq” 0:1
Qol: Luka Stevanoviç, 40.
MOİK – “Qaradağ Lökbatan” 2:2
Qollar: İbrahim Əliyev, 43. Nihad Qurbanlı, 71 – Araz Abdullayev, 6; 45+1-pen.

