“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, Ağabala Ramazanov bundan sonra Rəşad Sadıqovun çalışdırdığı əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, UEFA B kateqoriyalı mütəxəssis bunadək məşqçi kimi “Zirə”nin Akademiyasında çalışıb. O, həmçinin 2020-2022-ci illərdə futbolçu kimi “Zirə”də çıxış edib və komandanın kapitanı olub.

