Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Akademiyadan çıxan uşaqlar özlərinə qarşı rəyi də yerə vurur" – Samir Abasov
    5.03.2025 20:22:51

    Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Kəpəz” – “Neftçi” matçı nominal meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

    Prosport.Az xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb.

    – Niyə məğlub oldunuz?
    – Çünki qol buraxdıq və qol vura bilmədik. Hücumçularımız “dişsiz”dir.

    – Motivasiyanız nədir?
    – Motivasiya qalib gəlməkdir. Bu gün də oyuna yaxşı başladıq. Amma sonda verilən qərarlar və keyfiyyət çatışmazlığı özünü göstərdi. Bu cür oyunlarda qol vurub rahatlaşmaq lazımdır. Bunu etməyəndə daha stresli olursan.

    – Qol buraxdığınız epizodu necə şərh edərdiniz?
    – Ümumiyyətlə, haradan başladı, necə bitdi baxmaq lazımdır. Yanılmıramsa, səhv Ağadadaş Salyanski ilə başladı. Tam xatırlaya bilmirəm. Qola baxıb sonra şərh etməliyəm.

    – Bu müdafiə xətti ötən mövsümdən qalıb. Sizcə də yenilənmək lazım deyil?
    – Ümumiyyətlə bütün mövqelərə baxdıqda, ehtiyac var. Sadəcə, indi bu barədə danışmaq gec və yersizdir. Bəlkə də təkbətək etdiyimiz səhvləri kollektivlə sığortalamışdıq. Amma bu gün edə bilmədik. İlk hissədə Ağadadaşdan narazı qaldım. Bu gün akademiyadan çıxan uşaqlar özlərinə qarşı olan rəyi də yerə vurur. Bu gün rəqibdə Paşu vardı. Bu görünürdü. Amma bizdə hiss olunmurdu. Fasilədə də Ağaya dedim. Bir oyunçunun da üstünə düşmək istəmirəm. Ancaq 1-2 epizoda girib boşa vermək… Belə şeylər olmamalıdır. Topu rahat vəziyyətdə itirmək olmaz. Oyundan nəticə çıxartmalıyıq.

    – Yuri Matiasın müsahibəsi var idi ki, ailəsində problemləri var. Onun haqda klubun mövqeyi necədir?
    – Məndən əvvəlki Matiası tanımırdım. İstəyərdim ki, bütün futbolçular Matias kimi olsun. Heç vaxt ailədaxili problemlərini hiss etdirməyib. Doğrusu, o müsahibədən xəbərim var. Amma Matias kimi futbolçuların bu cür istəkli oynamasına təşəkkür düşür.

    – Ötən oyundan sonra qırmızı vərəqəylə bağlı İntizam Komitəsinin (İK) qərarını gözlədiyini dediniz. Amma İK oyunçunuzu 2 oyunluq cəzalandırdı. Sizcə, həmin çıxışınızın bu qərara təsiri oldu?
    – Mən nə demişəm ki? Mən yenə də orada qırmızı vərəqə görmürəm. Bu mənim şəxsi fikrimdir. İnşallah ki, bunun da altından çıxacağıq.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28

    "Cüdosuz qala bilmərəm" – 4-cü dəfə dünya çempionu olan Mövlud Mirəliyev

    24.09.2026 09:38:27

    Millimiz 2 futbolçusunu itirdi

    23.09.2026 23:08:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved