FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Prosport.Az xəbər verir ki, I kateqoriyaya malik Məsiyevin hakimlər briqadasında Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Avropa çempionatının final mərhələsi iyunun 11-28-də 16 komandanın iştirakı ilə keçiriləcək.

