Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bəzən bu işlərə çox səthi yanaşırsınız" – Cavid Hüseynov
    3.03.2025 20:06:17

    Misli Premyer Liqasının XXV turunda “Səbail” – “Şamaxı” (0:2) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

    – Hər iki komanda üçün vacib oyun idi. Xal fərqləri yaxın olduğu üçün hər biri qələbə qazanmaq istəyirdi. İlk 25 dəqiqədə çox yaxşı çıxış etdik. Adi standart vəziyyətdə qol gördük. İkinci hissədə isə bütün komponentlərdə rəqibə məğlub olduq. Qarşıdakı turlarda çalışacağıq ki, xal ehtiyatımızı artıraq və bu pillədən canımızı qurtaraq.

    – Kubok oyununun bu matça nə dərəcədə təsiri var?
    – Hər bir mənada. Həm yorğunluq, həm də ramazan ayıdır. Əlbəttə, bu, bəhanə olmamalıdır. Amma heyətdə 7 futbolçu oruclu çıxış edirdi. Biz bunu bəhanə kimi demirik. Sadəcə kubok bizə heç cür sərf etmirdi. Həm zədəli, həm də kasad heyət baxımından bizə sərf etmirdi. Yolumuza davam edirik. Komandanın potensialı var ki, daha da irəli gedək.

    – Baş məşqçi kimi “Şamaxı”da debüt etmişdiniz. Amma həmin il elitadan düşmüşdünüz. İndi də sonuncu pillədəsiniz. O qorxu sizdə qalmayıb?
    – Bəzən bu işlərə çox səthi yanaşırsınız. Əsasən də mətbuat nümayəndələri. Detallara girmirsiniz. Fikir versəniz həm o dövrdəki “Şamaxı”nın, həm də indiki “Səbail”in inkişafı ön plandadır. Əlbəttə, düşmək təhlükəsi var. Amma çəkinmirəm. İşimizə davam edirik. Komanda futbol oynamağı bacarır. Sadəcə müəyyən səbəbdən bu gün futbolçuların performansı aşağı idi. Bunu da bilirəm.

    – Belə psixoloji vəziyyətdə komandanı toparlamaq çox çətindir. Növbəti matçda “Zirə”ylə qarşılaşacaqsınız. Nə düşünürsünüz?
    – Əlbəttə bunun üzərində işləməliyik. Futbolçuları kökləmək asan olmayacaq. Amma bunu edəcəyik. Özləri də bilirlər ki, yaxşı futbol oynayırlar. Bugünkü oyunda isə heyətin bir neçəsi öz performansından uzaq idi.

    – Zədəlilərin son durumu necədir?
    Marko qayıdıb. Fiziki hazırlığı o səviyyədə deyil. Nşuti də qayıdıb. Mert ötən oyunda zədələnmişdi. Növbəti matça onu da hazırlamağı düşünürük. Ayman əməliyyat olub. 2 ay keçməsinə baxmayaraq hələ də özünü yaxşı hiss etmir. Qorkanın da gedişatı əməliyyata doğru aparır.

    – Hesab 0:2 olduğu vaxtda stoper dəyişikliyi nəyə hesablanmışdı?

    – Meydana hücumçu da daxil etdik, Mirabdulla Abbasovu buraxdıq. Marko Nikoliçi ona görə meydana buraxdıq ki, standart vəziyyətlərdə yaxşı oynamağı bacarır. Həm də uzun ötürmələrlə hücuma çıxmaqda köməyi dəyə bilərdi.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved