Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada beynəlxalq “Stranca” turnirində 4 medal qazanıb.
Prosport.Az xəbər verir ki, milli komanda üzvləri 2 gümüş və 2 bürünc medal əldə edib.
Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) yalnız finalda uduzub.
Xatırladaq ki, Nicat Hüseynov (51 kq) və Nəbi İsgəndərovun (67 kq) isə daha əvvəl 3-cü yeri tutduğu bəlli olmuşdu. Azərbaycan millisi bu göstəricidə komanda hesabında 5-ci yeri tutub.
