Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "VAR-a baxdıqda bunu bir az məntiqlə düşünmək lazım idi" – Samir Abasov
    28.02.2025 22:48:44

    Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan “Neftçi” – “Kəpəz” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

    – Azarkeşlərimizə təşəkkür edirəm. Gələnlər də, gələ bilməyənlər də. Bir də meydançada çalışan yoldaşlara təşəkkür edirəm. Allah əziyyətlərini yerdə qoymasın. O qədər belə insanlar var ki, kölgədə qalır. Sağ olsunlar.

    – “Kəpəz”i hansı komponentlərdə üstələdiniz?
    – İlk oyundan sonra komandanı hazırlamaq bir az təhlükəli idi. Çünki rahatçılığı aradan qaldırmaq lazım idi. Amma ilk dəqiqədən də oyunçularım xarakter göstərdi. Sağ olsunlar. Soyunub-geyinmə otağında onlara təşəkkür edə bilmədim. Reallığı götürsək, bəlkə də ilk oyunda matçın müqəddəratı həll olunmuşdu. Amma xarakter göstərdilər.

    – Martın 22-dən sonra “Neftçi”ni çətin oyunlar gözləyir. Siz isə 22-dən sonra toparlanacağınızı demişdiz. Bunu zarafatla demişdiniz yoxsa hesablama aparmışdınız?
    – Zarafatla demişdim.

    – Bəs, rəqiblər haqda nə düşünürsünüz? Əvvəl “Araz-Naxçıvan”, sonra da “Sabah”la qarşılaşacaqsınız…
    – Bizim kimi rəqib də Kuboka köklənib. Həddən artıq çətin olacaq. Biz hər həftə sonu oynayacağımız matçlara köklənirik. Bunun müddəti yoxdur. Nə qədər tez köklənə bilsək, bu il nə qopara biliriksə, onu da etsək yaxşı olar. Xal yığmağa çalışırıq... Hakimliklə bağlı danışacağam. Uzun müddətdir ki, referilər haqda danışmaq istəmirdim. Amma verilən qərarlar, bizim oyunlarda baş verən hadisələr məni narahat etməyə başlayır. “Neftçi”nin baş məşqçisi kimi bunu deməliyəm. Hər bir moment bizə seminar kimi gəlir. Hər bir epizod kitabda yazıldığı qədər olmur. Hər şeyi dərk edib və analiz edib qərarlar verilməlidir. Qırmızı vərəqəyə də ona görə etiraz etdim və yenə də edirəm. Çünki top bizdəydi. Bu epizodda məncə “qırmızılıq” bir şey yox idi. Diqqətli olmaq lazım idi. Referilərin düşdüyü situsiyaya görə qərar vermələrini istəyirəm.

    – Hakimin epizodu VAR-da dəyərləndirməyə kifayət qədər də vaxtı oldu. Sizcə, bundan sonra verilən qərar sizə qarşı qərəzdən irəli gəlir?
    – Bu, qərəz deyil. Özünü hər halda hakim sayan bu gün kitabı açacaq və buna oxşar bir qayda tapacaq. Burada düşdüyü situasiyaya görə qərar vermək lazımdır. Mənim ötürməmdən sonra ayağım sürüşüb dəyirsə, burada şiddət yoxdur. VAR-a baxdıqda bunu bir az məntiqlə düşünmək lazım idi. Buna görə də etiraz etdim və “sarı” aldım. Qərəzdir və ya qərəz deyil, bunu deyə bilmərəm.

    – Apellyasiyaya müraciət edəcəksiniz?
    – Çıxan qərara baxacayıq. Ümid edirəm ki, həmin şəxslər də bu məqama baxar. Bu cür epizodları bir az incələyərlər və apellyasiyaya müraciət etməyə heç lüzum qalmaz.

    – Çempion etdiyiniz “Neftçi”də önəmli fiqurlar var idi. Bu gün isə həmin fərdi ustalığa malik oyunçular yoxdur. Bu heyəti siz yığmamısınız, amma yayda görə bilərikmi?
    – Niyə yoxdur sualına cavab vermək mənim üçün çox çətindir. Çünki məndən öncə məşqçilər olub. Demirəm ki, bizdəkilər pis futbolçulardır. Amma oyun üslubundan çox şey asılıdır. Elə mövqelər var ki, istədiyim tərzdə futbolçularım yoxdur.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved