Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Polşanın “Radomyak” klubunda ilk qolunu vurub.
Prosport.Az xəbər verir ki, 25 yaşlı hücumçu komandadakı debüt matçında fərqlənib.
Forvard çempionatın XXIII turunda “Vidzev”lə heç-heçə etdikləri (1:1) qarşılaşmanın 90-cı dəqiqəsində rəqib qapısına yol tapıb. O, 80-ci dəqiqədə meydana daxil olub.
O, hisslərini belə ifadə edib: "Bu möhtəşəm klubda debüt oyunumda qol vurduğum üçün xoşbəxtəm. 3 xal qazanmaq istəyirdik. Amma işləməyə davam edəcəyik və diqqətimizi növbəti oyuna yönəldəcəyik".
Qeyd edək ki, Renat Dadaşov fevralın 24-də “Radomyak”a keçib.

