Azərbaycanın U-21 milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az sport24.az-a istinadən xəbər verir ki, gənclər yığmasının "sükanı" "Şamaxı"nın çalışdırıcısı Ayxan Abbasova tapşırılıb.
Ayxan Abbasov həm klubda, həm də yığmada fəaliyyət göstərəcək.
AFFA-nın planına əsasən, "Şamaxı" gənclər yığmasının əsas bazası olacaq.
Qeyd edək ki, Samir Əliyevin istefasından sonra U-21-in baş məşqçisi vəzifəsi boş qalmışdı.

