II Liqada XIV turun “Şahdağ Qusar” – “Kür-Araz” (İmişli) qarşılaşması baş tutmayıb.
Prosport.Az xəbər verir ki, buna səbəb “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Qeyd edək ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və meydança oyun üçün tam hazır vəziyyətə gətirilib.

