"Barselona" klubunun prezidenti Joan Laporta Azərbaycana səfər edəcək.
Prosport.Az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb. Səfərdə məqsəd Azərbaycanda klubun futbol akademiyasının yaradılması planını müzakirə etməkdir.
İddiaya görə, “Barselona” rəhbərliyi yerli investorları layihəyə cəlb etmək, onlarla biznesi davam etdirmək, bununla da klubun ağır maliyyə vəziyyətini yaxşılaşdırmaq niyyətindədir.
Qeyd edək ki, Joan Laporta artıq 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində Azərbaycana səfər edib.

