Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Kaş, "Sumqayıt"la müqavilə imzalamazdım" – Vaqif Cavadov
    27.02.2025 22:35:54

    Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt” və “Sabah” arasında keçirilmiş oyundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

    – Fərqli 2 hissə oldu. Məğlub olduq. Çox yaxşı rəqibə qarşı oynayırdıq. Bəlkə də uduzmalı deyildik. Hesab öz sözünü deyir. Nəsə demək çətindir.

    – 2-si kubok, 8-i çempionat olmaqla qələbə bir yana, qol vura bilmirsiniz. Nə düşünürsünüz?
    – Hücumlarımız var, reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Bir gənc məşqçi kimi dəstək lazımdır. Komanda 0:4 hesabıyla uduzub. İndi nəsə demək olmur. Nəyisə dəyişmək lazımdır, amma indi gücümüz çatmır. Problem məndədirsə… Bundan da çətin vəziyyətimiz olub. Komandanı götürəndə 9-cu pillədə idik. İrəli baxırıq. İnanıram ki, dəstəyiniz olacaq. Məsuliyyəti dərk edib, komandanı çətin durumdan çıxarmaq istəyirik.

    – Konkret olaraq, problemin nədə olduğunu düşünürsünüz?
    – Oyunçular da yetərsizdir. Qol imkanlarımız var, istifadə edə bilmirik. Bu da oyunçuların keyfiyyəti, həmin an düşündükləri ilə bağlıdır. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Hər şeyi başa düşürəm. Futbolçuların arxasındayam. Uduzanda məşqçi uduzur, qələbə olanda komanda qazanır. Bugünkü gündə problemin sırf məndə olduğuna inanmıram. Problem tək özümdə olsa, gedərəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacağam.

    – Neçə oyun qol vurmamalısınız ki, azarkeşlərdən üzr istəyəsiniz?
    – Bu sual, məncə, adekvat deyil. O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya düşə, bərbad futbol sərgiləyək. İndiki halda üzrlük nəsə yoxdur.

    – “Sumqayıt”dan həmişə yaxşı hücumçular çıxıb, ancaq indi qol vura bilmirsiniz…
    – Bilirəm, bu, problemdir. Təkbətək epizod vurulmursa, deməli problem var. Problem yoxdur desəm, düz çıxmaz. Futbolçudur, gətirmişik. Heç kim deyə bilməz ki, o, 1 günə, 6 aya, 3 aya bəhrəsini versin. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futboldur, olan olub. Diqqətimizi Premyer Liqaya kökləməliyik. Qarşıda 2 vacib oyunumuz var. Bunlar mühümdür.

    – Yeni transferlərin komandaya cəlb olunmasında sizin nə qədər rolunuz olub?
    – Qışda 3 transfer etmişik. Bundan artığını istəsək də edə bilməzdik. Bəzi klublar 5-6 transfer edib. Komandanın rəhbərliyi, idman direktoru, seleksiyaçısı var. Transferlərin necə olacağını zaman göstərəcək. 2-3 ay oynamayanları gətirə bilirik. Belə ərəfədə yüksək məbləğli transfer etmək olmur. Yenilərin uyğunlaşması üçün vaxt lazımdır. Mən robot deyiləm, futbolçular da. Toplanış keçməyən oyunçunu 90 dəqiqə oynatmaq risklidir. Buna görə bəzi futbolçulara az-az şans veririk, amma alınmır.

    – Qolsuzluq komandaya psixoloji təsir edir. Üstəlik, kubok da əldən getdi. Fanatlar da “Divizion bizi gözləyir” deyir. Gedişat bunu göstərir?
    – Nostradamus deyiləm. Gedişat müəyyən siqnallar verir, amma hələ mübarizədəyik. Komandanın növbəti 2 oyunu həlledici olacaq. 1 qələbə hər şeyi həll edə bilər.

    – Yanvardan sonra komandada eniş başladı. Hansısa spesifik problem görmüsünüzmü, deyəsiniz ki, bundan sonra başladı? Məsələn, müqavilə imzalamağınız…
    – Kaş imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz “Sabah” və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved