Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycan öz hakimləri ilə qürur duymalıdır" – Byörn Kuypers
    27.02.2025 17:18:02

    "2 gündür ki, Bakıdayam. Burada olmaq çox gözəldir. Azərbaycan xalqı çox istiqanlıdır. Dəvətə görə AFFA rəhbərliyinə minnətdaram".

    Prosport.Az xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda, hakim-inspektor Byörn Kuypers jurnalistlərə açıqlamasında deyib.

    Bakıda hakimlər üçün seminar keçən niderlandlı mütəxəssis tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Bakı haqqında təəssüratlarım çox yaxşıdır. Seminarda Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi də iştirak edirdi. Düşünürəm ki, bu, çox gözəl haldır. Azərbaycanlılar onlarla qürur duymalıdır".

    Onun sözlərinə görə, referilər beynəlxalq oyunlara daha çox təyinat ala bilmək üçün günü-gündən səviyyələrini artırmalıdır: "Bu yolda əzmkarlıqla çalışmalısınız. Həm qadın, həm kişi hakimlərə yaxşı şərait yaratmaq lazımdır. Buna görə də hakimlərin sayını artırmaq üçün işlər görməyə davam etməliyik".

    Qeyd edək ki, 2002-ci ildə hakimliyə başlayan Kuypers 2006-cı ildə FIFA kateqoriyasını alıb. 2009-cu ildən karyerasını başa vurduğu 2021-ci ilə qədər elit kateqoriyanı daşıyan Kuypers iki dəfə (2014, 2018) dünya, üç dəfə (2012, 2016, 2020) isə Avropa çempionatının final mərhələsinin matçlarına təyinat alıb. Həmçinin UEFA Çempionlar Liqası, Avropa Liqası, FIFA klublararası dünya çempionatı, FIFA Konfederasiyalar Kuboku kimi mötəbər yarışlarda dəfələrlə oyunlar idarə edib.

    Niderlandlı mütəxəssis 2009-cu ildə U-21 Avropa çempionatının finalını, 2011-ci ildə UEFA Superkubokunu, 2013-cü və 2018-ci illərdə UEFA Avropa Liqasının finalını, 2013-cü ildə FIFA Konfederasiyalar Kubokunun finalını, 2014-cü ildə UEFA Çempionlar Liqasının finalını, eyni zamanda AVRO-2020-nin finalını idarə edib, DÇ-2018-də isə 4-cü hakim olub.

    Byörn Kuypers 2021-ci il iyulun 29-da “Ayaks”la PSV arasında keçirilən Niderland Superkuboku uğrunda matçı idarə etdikdən sonra karyerasını başa vurub.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved