Azərbaycan milli komandasının sabiq müdafiəçisi Emin Ağayev Rusiyanın “Ximki” klubunun baş məşqçisi postunu tərk edib.
Prosport.Az xəbər verir ki, mütəxəssis II Liqanın B divizionunda çıxış edən “Nart” klubunun (Çerkessk) məşqçilər korpusuna daxil olub.
O, həm də akademiyanın koordinatoru təyin edilib.
51 yaşlı mütəxəssis 1994-2005-ci illərdə Azərbaycan millisində 65 oyun keçirib, 1 qol vurub.

