Ölkəmizə yağan güclü qar Mingəçevir şəhərində də gediş-gəlişə təsirsiz ötüşməyib.
Prosport.Az-ın xəbərinə görə, bu gün I Liqanın XVI turunun sözügedən şəhərində baş tutmalı olan "Mingəçevir" – "Difai" (Ağsu) oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Təxirəsalmaya səbəb Yaşar Məmmədzadə adına şəhər stadionunun ehtiyat meydançasının qarla örtülməsidir.
Qeyd edək ki, matç bu gün saat 14:00-da başlamalı idi.
Xatırladaq ki, daha əvvəl sabah keçirilməli olan "Zaqatala" – MOİK (Bakı) oyunu Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun qazonunun qarın altında qalması səbəbindən Bakıya salınıb. İlkin plana əsasən oyun sabah saat 14:00-da Binə qəsəbə stadionunda keçirilməlidir.

