Rusiyanın MOİK, "Dinamo" və "Ximki" klublarının sabiq hücumçusu Kirill Pançenko öz xidmətini "Sabah"a təklif edib.
Prosport.Az xəbər verir ki, bir müddət öncə karyerasını başa vuran futbolçu bu məsələdə yığmanın sabiq üzvü Alan Dzaqoyevlə münasibətlərindən yararlanıb.
"Vasili Berezutski məni "Sabah"a dəvət etmişdimi? Xeyr, Vasilinin özü ilə ünsiyyət qurmamışdım. Alan Dzaqoyevlə söhbət etmişdim. Ondan Berezutskiyə "Sabah"da futbolçu lazım olub-olmadığını soruşmuşdum. Sadəcə, bunu öyrənirdim. Alan isə Berezutski ilə danışdıqdan sonra ona futbolçu lazım olmadığını söylədi. Başqa söhbət olmadı".

