"Neftçi"nin sabiq baş məşqçisi Elxan Abdullayevə 21 yaşadək futbolçulardan ibarət yığmanın sükanı arxasına keçmək təklif olunub.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bundan imtina edib.
2017-2018-ci illər aralığında "ağ-qaralar"ı çalışdırmış mütəxəssis dəvəti geri çevirməsinə səbəb kimi U-21-də heç bir perspektiv görməməsini söyləyib.

