Ukraynanın “Obolon” klubu qış transfer pəncərəsində Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayevə təklif göndərib.
Prosport.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Şişşenko açıqlama verib.
Onun sözlərinə görə, futbolçunun özü də "Obolon"da oynamaq istəyirmiş: "Lakin sonda "Çernomorets"ə keçdi. Bizimlə bir yerdə olmaq istəyirdi, ancaq indi başqa klubdadır. Seçiminə hörmətlə yanaşırıq".
Qeyd edək ki, Emil Mustafayev müqavilə ilə "Polessye" klubuna məxsusdur. O, bu qış "Çernomorets"ə 6 aylıq icarəyə verilib.

