"Gəncə" heyətinə yeni oyunçu cəlb edib.
Prosport.Az xəbər verir ki, “Lənkəran”dan ayrılan Andre Boll qərb təmsilçisinin şərəfini qoruyacaq. Onunla mövsümün sonuna kimi müqavilə bağlanıb.
ABŞ-dən olan Andre Boll mərkəz oyunçusu mövqeyində çıxış edir. 2.06 metr boya malik basketbolçu yeni komandasında 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, daha öncə ukraynalı Vladislav Frolov "Gəncə"ni "Lənkəran"a dəyişib.
