Misli Premyer Liqasının XXV turunun 2 oyununun başlama vaxtı dəyişdirilib.
Prosport.Az xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz Naxçıvan” görüşləri əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, saat 17:30 və 19:30-da start götürəcək.
Hər iki qarşılaşma martın 4-də keçiriləcək.

