"Sabah"ın sabiq baş məşqçisi Krunoslav Renduliç Xorvatiya mətbuatına danışıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis Azərbaycan klubunda keçirdiyi dönəmi xatırlayıb:
"Çox yaxşı macəra idi. Son 3 aydır ki, evdəyəm. Görək, bundan sonra necə olacaq. Mən həmişə yeni çağırışlara açığam".
Qeyd edək ki, Krunoslav Renduliç ötən ilin martından noyabrınadək “Sabah”da işləyib.

