Seneqalda ölkə xaricində çıxış edən futbolçulardan ibarət həftənin simvolik komandası tərtib edilib.
Prosport.Az xəbər verir ki, rəmzi “11-lik”də Azərbaycan çempionatında çıxış edən bir oyunçu da yer alıb. Belə ki, “Neftçi”nin müdafiəçisi Mustafa Sek simvolik komandaya düşüb.
29 yaşlı sol cinah oyunçusunun Azərbaycan Premyer Liqasının XXIV turunda “Sumqayıt”la (1:0) matçdakı performansı yüksək qiymətləndirilib.
Qeyd edək ki, Mustafa Sek “Neftçi”yə bu ilin yayında keçib.

