Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu, futbolçuları istismar etmək, sındırmaqdır" – Azər Bağırov
    24.02.2025 22:03:39

    Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Kəpəz” (2:0)  matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – Dünəndən gəldik, getdik. Oyunun vaxtını təyin etdilər, sonra dəyişdirdilər. Bu gün də elə. İdman camiəsində çalışanlar bilir ki, bu, futbolçulara necə təsir edir. 12:30-da oyunçular çörək yeyir. 15:30-dan buradayıq. 19:00-da da matç başladı. Yəni, oyunun keçirilməsiylə bağlı böyük problemlər yaşadıq. Oyuna gəlincə, çox söz deməyə ehtiyac yoxdur. Özünüz gördünüz. Rəqibi təbrik edir və uğurlar arzulayıram.

    – Sizcə, şərtlər hər iki tərəf üçün eyni deyildi?
    – Xeyr, eyni deyil. Hətta artıq biz bura çatanda xəbər etdilər ki, matç saat 18:00-a keçirilib. Biz də geri dönüb və yenidən bura qayıtmışıq. Halbuki biz artıq Zirəyə çatmışdıq. Futbolçular 2-3 saat gəziblər, kofe içiblər. Biz səfər komandasıyıq və məşq etməyə meydança tapa bilmədik. Hər yer qar olduğuna görə komanda dünən məşq etməyib. Bu gün isə palçıqlı meydançaya çıxdıq. Hər halda bu, insan faktorunu istismar etməkdir. Futbolçu 2 gündür ki, məşq etmir, palçıqda çətin oyuna çıxır və nəzərə də alınmır ki, bu, 12:30-da yemək yeyib, saat 19:00-da isə oyuna çıxır. Bunların hamısı düşünülməli idi. “Zirə” burada bərpasını keçəcək. Amma biz yenidən geri dönüb, 3-4 gün sonra isə yenidən buraya gəlməliyik. Faktiki olaraq bu, futbolçuları istismar etməkdir. Pis mənada futbolçuları sındırmaqdır. Bizim “Zirə” kimi geniş heyətimiz yoxdur. Şükürlər olsun ki, bu gün yalnız Mahamadu Ba zədələndi. Çox şey danışmaq olar, amma bir az incə məqamlar var. Futbolçu da insandır. Oyun keçirəcək deyə onu sındırmalı, travma verməli deyilsən. İndi zədəlilərimiz var. 2 gün məşq etmə, çıx oyuna necə olacaq?! Belə...

    Futbol

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44
    Futbol

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19
    Futbol

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47
    Futbol

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32
    Futbol

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42
    Futbol

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona" - HEYƏTLƏR

    25.11.2026 20:48:44

    AFFA bu klubu liqadan kənarlaşdırdı

    25.11.2026 20:21:19

    Azərbaycanda hakimlərin xidmət haqqı normaları müəyyənləşdi

    25.11.2026 19:49:46

    "Barselona" "Sabah"la oyundan öncə bu xəbərə üzüldü

    25.11.2026 19:14:47

    Samuxda ilk cüdo zalı fəaliyyətə başladı

    25.11.2026 18:46:53

    Dünya çempionatı: FIFA referimizə növbəti təyinat

    25.11.2026 18:14:32

    UEFA-dan "Sabah" – "Barselona" oyunu ilə bağlı paylaşım

    25.11.2026 17:48:42

    "Sabah"la oyuna çıxmayan bu komanda çempionatdan kənarlaşdırıldı

    25.11.2026 17:15:21

    "Sabah"ın gəncləri 7 cavabsız qolla uduzdu

    25.11.2026 16:56:33

    "Rəqibim ilk məğlubiyyətini məndən alacaq" – Məhəmmədəli Osmanlı

    25.11.2026 16:42:29

    "Çəkimi sala bilmədiyim üçün mükafatın 20%-dən məhrum oldum" – Tahir Abdullayev

    25.11.2026 16:13:38

    AFFA 2 klubu cərimələdi, məşqçiləri cəzalandırdı

    25.11.2026 15:42:51

    "Bu axşam "Sabah"a azarkeşlik edəcəyik" - Nazir

    25.11.2026 15:10:40

    "Sabah"la oyundan öncə gərginlik: Məşqə gecikdi, Fliki qəzəbləndirdi

    25.11.2026 14:39:20

    Avropa və dünya çempionu üçün Bakıda ikiqat əlamətdar oyun

    25.11.2026 14:13:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved