Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Meydançamız çox zədələndi" – Rəşad Sadıqov
    24.02.2025 21:34:55

    Misli Premyer Liqasının XXIV turunda keçirilən “Zirə” – “Kəpəz” (2:0)  matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

    Prosport.Az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

    – İlk növbədə hər iki tərəfin oyunçularına təşəkkür edirəm. Bugünkü matçda nəticənin necə olmasının fərqi yox idi. Yenə bu fikirdə olacaqdım. Dünən gəldilər, amma oyunun başlamasına dəqiqələr qalmış təxirə salındı. Bu gün yenə gəldilər, amma oyun əvvəlcə 2, sonra 1 saat təxirə salındı. Belə durumda motivasiya ilə futbol oynamaq çox çətindir. Ancaq hər iki komandanın futbolçuları bu gün əzmkar mübarizə aparırdı. Bugünkü qələbəni təkcə futbolçular yox, “Zirə” ailəsiylə birgə qazandıq. Səhər saatlarında istər azarkeşlərimiz, istər işçilərimiz, istərsə də İdarə Heyətimiz stadionun təmizlənməsiylə bağlı çalışırdı. Şükürlər olsun ki, bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma təşəkkür edirəm. Son 5 oyunda yalnız 1 məğlubiyyəti olan iddialı komandaya qarşı mübarizə apardılar. Düşünürəm ki, baxımlı futbol oynayıb, vacib qələbə qazandıq. Qarşıda “Araz-Naxçıvan”la kubok, daha 3 gün sonra isə “Turan Tovuz”la səfər oyunumuz var. Qələbəni qeyd etməyə çox vaxtımız yoxdur. Növbəti oyuna hazırlaşmalıyıq.

    – Kubok matçına qədər ot örtüyü bərpa olunacaq?
    – Özünüz də gördünüz ki, o cür qardan sonra bu gün meydançanın vəziyyəti yaxşıdır. Bu, stadionun işçilərinin əməyidir. Belə yüklənməyə baxmayaraq, yenə də oynamağa yaxşı şərait var idi. Amma bilirik ki, dünən-bu gün meydançamız çox zədələndi. Görək 3 gün sonra necə olacaq.

    – Felipe Paxtmanın ayrılmağıyla bağlı nə deyə bilərsiniz?
    – Biz ona yetərincə şans verdik. Yanında olduq. Sonda belə qərar verdik ki, yolları ayıraq. Paxtman sağlam olsaydı, yenə bizimlə olacaqdı.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved