Misli Premyer Liqasının XXIV turunun “Zirə” – “Kəpəz” matçının başlama saatı dəyişdirilib.
Prosport.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Qeyd edək ki, dünən keçirilməli olan görüş kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınıb.

