Polşanın "Radomyak" komandası Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini açıqlayıb.
Prosport.Az xəbər verir ki, 26 yaşlı forvardla müddəti sonradan uzatmaq şərti ilə iyunuadək müqavilə imzalanıb.
Almaniya doğumlu hücumçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Radomyak"da Azərbaycan yığmasının mərkəz müdafiəçisi Rahil Məmmədov da çıxış edir.
9:57
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni klubu bəlli olub.
Prosport.Az əbər verir ki, 26 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək.
Türkiyə "Ankaragücü"sündən ayrılan forvard "Radomyak"a keçməyə yaxındır. Renat Dadaşov millimizin digər oyunçusu Rahil Məmmədovla komanda yoldaşı olacaq. Bu transferin yaxın müddətdə gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, 22 turdan sonra 24 xala malik “Radomyak” Polşa Ekstraklasasında 13-cü pillədə qərarlaşıb.

