Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Türkiyə futbolundakı xaosu Azərbaycana gətirən "Turan Tovuz" rəhbərliyi – YAZI
    23.02.2025 18:09:14

    "Turan Tovuz" klubu bu gün məsuliyyətsiz, heç bir fakta əsaslanmayan, havaya atılan açıqlaması ilə yeni gündəm yaratmağı bacardı. Klub sanki "CBC Sport"un Şamaxıya gələ bilməməsini gözləyirmiş kimi açıqlama yaydı. Açıqlamanın əsas məğzi isə burada gizlənirdi: "VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrimiz var".

    Təbii ki, bu məsələ qarşı tərəfin normal olaraq reaksiyasına səbəb oldu. "CBC Sport" Şamaxıya gedə bilməməsinə dair videonu öz sosial şəbəkə hesabında paylaşdı. PFL isə oyunun keçirilməməsi üçün heç bir əsasın olmadığını izah etdi.

    Aydın məsələdir ki, "Turan Tovuz"un şəffaflıqla bağlı dediyi sözlərin arxasında "Sabah"ı irəli çəkirlər" məqamı vardı. Axı, "Sabah"ın rəhbərliyi indiki AFFA rəhbərliyi ilə çox yaxındır. Bu səbəbdən də AFFA gec də olsa, oyunun bitməsinə dəqiqələr qalmış məlumat yaymaq zərurəti duydu. AFFA-nın açıqlaması isə daha sərt alındı. Təxminən belə bir şey: "Dediklərinizi sübut edin, əks halda sizi İntizam Komitəmiz vasitəsilə cəzalandıracağıq".

    "Turan Tovuz"un AFFA-ya hansı faktları təqdim edəcəyini zaman göstərəcək. Ola bilsin ki, əvvəlki oyunlarda edilən haqsızlıqlara dair videolar təkrarən əsaslandırılması şərti ilə Frank De Blekereyə göndəriləcək. AFFA isə əvvəllər olduğu kimi, həmin şübhəli məqamları təkrarən izah etmək məcburiyyətində qalacaq. Bu, hər iki qurumun öz işidir. İstənilən halda, stadionun təbii örtüyü üçün AFFA-dan imdad diləyən "Turan Tovuz"un "kitabı bağlandı" deyə bilərik. Qarşıdakı turlarda hər iki tərəfin rəhbərliyinin bir-birinə soyuq münasibəti nə dərəcədə davam edəcək, bunu da zaman göstərəcək.

    Mənim yazımın mahiyyəti isə başqadır. Bəli, əvvəlki turlarda "Turan Tovuz"a qarşı hakim səhvləri olub. Digər klublara qarşı olduğu kimi. Elə mətbuat olaraq da bu hakim səhvlərini pisləmişik. Ancaq bugünkü durum başqadır. Oyunlar ətrafında lazımsız ajiotaj yaratmaq kənardan süni görünür.

    Oyunu "Yutub" kanalı vasitəsilə canlı göstərən kim idisə, Allah onun canını sağ eləsin. Həmin oyuna baxan minlərlə insan gördü ki, Şamaxıdakı oyunu şübhə altına atmaq ən ağılsız bir iş idi. "Turan Tovuz"un özünə ən yaxşı cavabı da baş məşqçiləri verdi: "Hakimlər oyunu yaxşı idarə etdilər".

    Şamaxıdakı oyunun keçirilməməsini "hakim qərəzi"nə bağlamaq gecəsini-gündüzünə qataraq stadionun təmizlənməsinə çalışan Şamaxı stadionunun işçilərinə, PFL əməkdaşlarına, qarlı havada özlərini təhlükəyə ataraq Şamaxıya getməyə çalışan "CBC Sport"un şərhçi və operator heyətinə və ən əsası Vətən Müharibəsi iştirakçısı olan baş hakim Kamal Umudluya hörmətsizlik idi.

    Bu məsuliyyətsiz açıqlama Türkiyə futbolunda əsən mənasız rüzgarın gətirdiyi sözlərə bənzəyirdi. "Turan Tovuz" rəhbərliyində yer alan şəxslərin çoxu Türkiyədə təhsil alanlardır. Türkiyə futbolunda isə oyundan çox, hakimlər müzakirə olunur. İndi "Turan Tovuz" məhz həmin ab-havanı, həmin xaosu futbolumuza gətirmək istəyir. Kökündən yanlış siyasətdir.

    "Turan Tovuz" Qurban Berdiyevin rəhbərliyi altında normal oyun göstərir. Fikrinizi oyunlarınıza, itirilən xallarda etdiyiniz səhvlərə yönəldin. Yoxsa, haqlı durumda haqsız kimi görünürsünüz.

    Bir dəfə Türkiyədə oturan Mübariz Mənsimov bunu etməyə çalışdı. Sonda özü də klubunu buraxdı. Belə siyasətlə "Turan Tovuz"un gələcək aqibəti heç də "Xəzər Lənkəran"ınkından seçilməyəcək.

    Səbuhi Musa

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved