Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    PFL-dən "Turan Tovuz"a cavab: "Matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz"
    23.02.2025 15:38:48

    Peşəkar Futbol Liqası Misli Premyer Liqasının XXIV turunun "Şamaxı" – "Turan Tovuz" qarşılaşmasının təxirə salınmamasının səbəblərini izah edib.

    Prosport.Az xəbər verir ki, ölkə ərazisində qarlı hava şəraiti ilə əlaqədar gözlənildiyi kimi oyunların keçiriləcəyi bütün stadionlarda çətinliklər yaşanıb: "Bütün klubların rəhbərliyinə, əziyyəti keçən hər bir əməkdaşına fədakarlıq göstərdiklərinə görə minnətdarlığımızı çatdırırıq. “Neftçi Arena”, “Liv Bona Dea Arena”, Tofiq Bəhramov adına Respublika Stadionu, Şamaxı şəhər stadionu, Zirə İdman Kompleksinin stadionu oyunlara hazır vəziyyətə gətirildi. Hamısı yüksək səviyyədə təmizləndi və oyuna yararlı duruma çatdırıldı. Komandalar dərhal qırmızı toplarla təmin olundu. Meydançalar qırmızı xətlərlə boyandı. Klublarla birgə bir komanda olaraq bu problemin aradan qaldırılması üçün əlimizdən gələni etdik".

    Şamaxıdakı oyunla əlaqədar yeganə problemin yayımla bağlı olması vurğulanıb: "Ən böyük qar kütləsi Şamaxıda qeydə alınmışdı. Klub rəhbərliyinə və yerli icra orqanlarına xüsusi təşəkkür edirik. Hətta oyundan öncəki məşq üçün belə şərait yaratmağa nail oldular. Sadəcə axşam saatlarında yenidən qar yağdığına görə çətinlik yarandı. Səhər saatlarından etibarən klubla daim əlaqədəyik və təşəkkür edirik ki, stadionu tam təmizləyə biliblər. Yeganə problem yayımla bağlıdır. “CBC Sport” telekanalının əməkdaşları və VAR maşını dünənki matçlarla əlaqədar oyun günü səfərə yollandığından, təhlükəsizlik səbəbindən geri qayıtmalı oldu. Xüsusi qeyd etmək istərdik ki, VAR sisteminin olmaması və matçın yayımlanmaması oyunun keçirilməsi üçün əngəl ola bilməz. Dəfələrlə ölkəmizdə, eləcə də dünyanın bir çox çempionatlarında oyun zamanı VAR-ın çalışmamasının şahidi olmuşuq, amma oyun dayandırılmayıb. Və ya havanın dumanlı olması səbəbindən televiziya vasitəsilə tamaşaçıların izləməsi demək olar mümkünsüz hala gəlsə də, aşağı qatda, yəni meydançanın üzərində, hakimin görüş məsafəsində heç bir problem olmadığından, oyun davam etdirilib. Bir daha qeyd etmək istərdik ki, oyunun təxirə salınması ilə bağlı qərarı baş hakim verir. Meydançanı nəzərdən keçirir, topun hərəkətini, hava şəraitinin futbolçuların sağlamlığına zərər vurma ehtimalını nəzərə alır və nəticə çıxarır. Əgər ciddi narahatlıq olarsa, matç təxirə salınır".

    "Turan Tovuz"un VAR sistemi ilə bağlı narahatlığına belə cavab verilib: "İdman prinsiplərinin qorunması əsas tutularaq, hər mövsüm çempionatın son turlarında avrokuboklara yollanma və aşağı liqaya düşmə ehtimalı olan komandalar üçün həssaslıq nəzərə alınaraq, bütün oyunlar eyni gündə və eyni saatda start götürür. Bu zaman isə oyunların bəziləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanmır və VAR sistemi tətbiq olunmur. Bu hal bu mövsümün də sonunda yaşanacaq. “Şamaxı” və “Turan Tovuz” komandalarına bugünkü oyunda uğurlar arzu edirik".

    Qeyd edək ki, bu matçın baş hakimi Vətən müharibəsi iştirakçısı Kamal Umudludur.

    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Futbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Futbol

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    Futbol

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02
    Futbol

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35

    Azərbaycan millisi Avropa çempionatında rekord vurdu

    24.09.2026 13:29:55

    "Qarabağ"dan getdi, qiyməti 10 milyonu ötdü

    24.09.2026 12:44:02

    "Sumqayıt" növbəti transferini açıqladı

    24.09.2026 12:20:08

    Rusiyalı mütəxəssis Azərbaycanda işləmək istəyir

    24.09.2026 11:42:18

    "Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq

    24.09.2026 11:19:06

    "Sabah"ın 4 oyunu üçün 100 mindən çox bilet satıldı

    24.09.2026 10:58:55

    İsveç və İsveçrədə oynamış legioner Azərbaycan klubunda

    24.09.2026 10:23:43

    Şahmat yığmalarımız Hindistan və Argentinaya qarşı

    24.09.2026 10:00:28
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved