Misli Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Səbail"i qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra Naxçıvan təmsilçisi 45 xalla 2-ci, Bakı klubu 18 xalla sonuncu - 10-cudur.
Günün digər oyununda "Qarabağ" saat 19:00-da "Sabah"ı sınağa çəkəcək.
Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında "Neftçi" "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 23-də iki oyunla yekun vurulacaq.

