II Liqada çıxış edən "Haypers Quba" yeni baş məşqçisi Elvin Həsənov ilə müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki, mütəxəssis aşağı dəstə təmsilçisi ilə 6 ay + 1 il müddətinə sözləşməyə qol çəkib.
Daha əvvəl "Leon" , "Qarabağ", "Vətən" kimi klubların aşağı yaş qruplarında çalışmış Həsənov "Sabah"ın U-16 komandası ilə 3 dəfə Azərbaycan çempionu olub, 2 dəfə gümüş, bir dəfə bürünc medal qazanıb. O, C və B kateqoriyalarını Bakıda, A kateqoriyasını isə Ukraynada alıb.

