Ukrayna Premyer Liqasında XVIII tura start verilib.
Prosport.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emil Mustafayevin yeni transfer olunduğu “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb. Meydana start heyətində çıxan Mustafayev yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib.
23 yaşlı futbolçunun komandası səfərdə əzmkar qələbə qazanıb. 2-ci dəqiqədə hesabda geri düşən qonaqlar 10 və 87-ci dəqiqədə vurduğu qollarla 3 xal əldə edib.
Bununla da xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

