Türkiyə I Liqasında 26-cı tura start verilib.
Prosport.Az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” səfərdə “Manisa”nın qonağı olub. Həmyerlimiz 86-cı dəqiqədə Paul Mukairunun əvəzinə meydana çıxıb.
Görüş “Boluspor”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xallarının 37-ə çatdıran Vüsalın komandası turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

