I Liqa təmsilçisi olan "Mingəçevir" futbol klubu daha bir legioneri heyətinə qatmağa hazırlaşır.
Prosport.Az-ın xəbərinə görə, I Liqanın hazırkı autsayderi heyətini gücləndirmək üçün Moldovadan futbolçu gətirəcək.
Adını dəqiqləşdirə bilməsək də, onun türkdilli Qaqauziyanı təmsil edən "Saksan" klubundan gələcəyi və milliyyətinin Fil Dişi Sahilindən olduğu bəllidir.
Qeyd edək ki, "Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədov əvvəl "Qaradağ Lökbatan"ı qeyri-rəsmi çalışdıran vaxt da Moldovanın I Liqasından afrikalı futbolçular gətirib. Məsələn, bunlardan Fil Dişi Sahilindən olan yarımmüdafiəçi vinger Rayan Qibero vaxtı ilə "Saksan"dan Lökbatan klubuna gətirilib. O hazırda Belarusun tanınmış klublarından olan BATE-də çıxış edir.
Hazırda "Mingəçevir"də çıxış edən nigeriyalı hücumçu Cozef Akyam da ötən mövsümün 2-ci yarısını "Qaradağ Lökbatan"da Füzuli Məmmədovun rəhbərliyi altında oynayıb.

