Peşəkar Futbol Liqası Azərbaycan II Liqasında XIV turun oyunlarını təxirə salıb.
Prosport.Az xəbər verir ki, buna səbəb Bakıda və regionlarda davam edən qarlı hava şəraitidir.
II Liqanın 24-25 fevralda keçirilməsi nəzərdə tutulan oyunları 27-28 fevral və 1 marta təxirə salınıb.
Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək.

