17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda son matçına çıxıb.
U-17 3-cü yer uğrunda görüşdə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. İlk yarıda qol buraxan İlham Yadullayevin yetirmələri fasilədən sonra hesaba tarazlıq gətirib.
"Qarabağ"ın futbolçusu Əhməd Vəliyev turnirdə 2-ci qolunu vurub. Lakin 69-cu dəqiqədə daha bir qol vuran Asiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Öz qruplarında 2-ci yeri tutanların duelində uduzan yığmamız turniri 4-cü yerdə başa vurub.
Qeyd edək ki, millimiz qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
