Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Monteneqro yığması oyununun vaxtı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçiriləcək oyunun saat 17:00-da başlaması gözlənilir.
Azərbaycan – Monteneqro görüşü saat 15:00-da start götürməli idi. Lakin qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.
14:41
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə bugünkü oyununun başlama saatı dəyişdirilib.
Prosport.Az xəbər verir ki, görüş qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da start götürməyəcək.
Baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

