Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında mübarizəyə start verir.
Prosport.Az xəbər verir ki, millimiz bu gün ilk oyununa çıxacaq. C Liqasının 4-cü qrupunda qərarlaşan Siyasət Əsgərovun yetirmələri Monteneqronu qəbul edəcək. “Liv Bona Dea Arena”da baş tutacaq mat saat 15:00-da başlayacaq.
Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

