Belarusun paytaxtı Minskdə keçirilən İnkişaf Kuboku turnirində 17 yaşadək millimiz ilk qələbəsini qazanıb.
Prosport.Az-ın xəbərinə görə, İlham Yadullayevin komandası Amin Rzayevin 47-ci dəqiqədə vurduğu qolla qələbə qazanıb.
"Qarabağ"ın futbolçusunun vurduğu qol yekun nəticəni müəyyənləşdirib – 1:0. Matçın ən yaxşısı isə bu matçda seyvləri ilə yadda qalan qapıçımız Elbrus Kərimov seçilib.
Qeyd edək ki, dünən Rusiyaya 0:3 hesabı ilə uduzmuş U-17 millimiz fevralın 19-da qrupda son qarşılaşmasını Qazaxıstana qarşı keçirəcək.










