"Qarabağ" Portuqaliyanın "Şaviş" klubundan Juninyonun transferini tamamlayıb.
Prosport.Az-ın məlumatına görə, 26 yaşlı braziliyalı sağ cinah hücumçusu müqavilə imzalamaq üçün Bakıdadır. O, müqavilə imzaladıqdan sonra komandanın təlim-məşq toplanışını keçdiyi Avstriyaya yollanacaq.
Ağdam təmsilçisinin bu keçid üçün 500 min avro təzminat ödədiyi bildirilir.
