Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Rus casus şəbəkəsində adı hallanan şəxs federasiyada vitse-prezident olub – KEÇMİŞƏ NƏZƏR
    11.02.2025 19:39:06

    Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub.

    “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakının mərkəzində mənzilin “Rus Evi” üçün təşkil olunması ilə bilavasitə Elçin Həsənov adlı iş adamı məşğul olub. Onun keçmiş gənclər və idman naziri Azad Rəhimovun qaynı olduğu deyilir.

    Məsələnin maraqlı tərəfi də budur ki, “Rus Evi” həmin ünvandan çıxdıqdan sonra da Elçin Həsənov əl-ayağa düşərək “Rossotrudniçestvo”nun Bakı nümayəndəliyinin rəhbəri ilə birlikdə “Rus Evi”nə yeni ofis axtarışına çıxıb. Bir sözlə, E.Həsənov bu problemin həlli üçün bütün imkanlarını səfərbər edib və cidd-cəhdlə çalışır.

    Bəs Elçin Həsənov kimdir? O təkcə mərhum Azad Rəhimovun qaynıdırmı?

    Prosport.Az onun haqda məlumatları təqdim edir:

    Əvvəla, onu bildirək ki, Elçin Həsənov idmana yad sima deyil. O, 2015-ci ildə I Avropa Oyunları üçün tikilən Bakı Su İdmanı Sarayına (Baku Aquatic Palace) direktor təyin olunub. Daha sonra o, həmin ilin oktyabrın 14-də o vaxt Su İdman Növləri Federasiyası adlandırılan Üzgüçülük Federasiyasına vitse-prezident vəzifəsinə gətirilib. Həmin federasiyanın prezidenti isə bu il yanvarın 18-dək millət vəkili Xanlar Fətiyev olub. Kim bilir, bəlkə də 2012-ci ilin iyunundan bu qurumun prezidenti olan Xanlar Fətiyevin federasiyadan qəfil gedişinin səbəblərində bu amil də var.

    Lakin Azad Rəhimovun 2021-ci ildə vəfatı ilə əlaqədar Elçin Həsənovun da işlərində axsamalar yaranmağa başlayıb. Əvvəlcə, 2022-ci ilin mayında o, Bakı Su İdmanı Sarayındakı vəzifəsindən azad olunub. Bu barədə ilk xəbəri o vaxt Oxu.Az saytı yayıb. O, həmin vaxt oxu.az-a müsahibəsində "idmandan kənar başqa iş"lə məşğul olacağını bildirib: "Mən öz ərizəmlə işimdən ayrılmışam, heç kim məni qovmayıb. İdmandan kənar başqa sahədə işimi davam etdirəcəyəm. Ancaq bunu açıqlamağım doğru olmaz".

    "Sizin hoteliniz də var. İşinizi bu sahədə davam etdirəcəksiniz?" sualına isə belə cavab verib: "Yox, daha ciddi strukturda yeni işə başlayacağam. Ona görə də bütün sənədlərimi düzəltməliyəm".

    Həmin müsahibədə həmçinin, vitse-prezident vəzifəsində işinə davam edəcəyini bildirsə də, onu daha sonra federasiyanın hansısa tədbirlərində görən olmayıb. Nəticədə ötən ilin mayında onun boş qoyduğu vitse-prezident vəzifəsinə baş katibin müavini işləyən Tamerlan Abdullazadə seçilib.

    Digər idman növləri

    Azərbaycanda bu federasiyanın yeni baş katibi təsdiqləndi

    26.10.2026 14:20:41
    Stolüstü oyunlar

    Azərbaycan komandasının 2 üzvü Avropa Kubokunda medal qazandı

    24.10.2026 15:14:37
    Digər idman növləri

    Şəhriyar Məmmədyarovun komandası Avropa Kubokunun qalibi oldu

    23.10.2026 23:43:05
    Digər idman növləri

    Qarüstü polo üzrə Dünya Kuboku keçiriləcək - Ölkəmizdə ilk dəfə

    23.10.2026 19:34:10
    Digər idman növləri

    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Yarım milyonluq yeyinti

    23.10.2026 10:23:41
    Digər idman növləri

    Fərid Qayıbov yeni idman zalının açılışında iştirak etdi

    22.10.2026 23:09:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Azərbaycanda bu federasiyanın yeni baş katibi təsdiqləndi

    26.10.2026 14:20:41

    Nihat Məmmədli və və Həsrət Cəfərov dünya çempionatının yarımfinalında - YENİLƏNİR

    26.10.2026 13:42:30

    Avropa çempionumuz 200-dən çox karateçiyə seminar keçdi

    26.10.2026 13:17:15

    "Əsas hədəfimiz qrupu 2-ci pillədə başa vurmaqdır" - Famil Xəlilov

    26.10.2026 12:55:31

    Dünya çempionatı: Millimiz İsrailə qalib gəldi - YENİLƏNİR

    26.10.2026 12:22:14

    Rəşad Sadıqovun rəhbərliyi altında 250 oyun

    26.10.2026 12:09:03

    "Sabah" rekordu təkrarladı

    26.10.2026 11:40:19

    Azərbaycan Kuboku: FIFA referilərinə təyinat verilmədi

    26.10.2026 11:11:20

    Boksçularımız Avropa çempionatını 10 medalla tamamladı

    26.10.2026 10:49:44

    Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurdu

    26.10.2026 10:25:39

    "Onların yaşı qədər təcrübəm var" - Eldəniz Əzizli

    26.10.2026 00:00:47

    Toral oynadı, “Bursaspor” liderliyə yüksəldi

    25.10.2026 23:52:48

    "Çempion olacağımı telefonumda qeyd etmişdim" - Sənan Süleymanov

    25.10.2026 22:37:56

    Gənc cüdoçularımız Düşənbə Qran-prisini 5 medalla bitirdilər

    25.10.2026 22:33:32

    "Sıx qrafikində oynamaq asan olmur" - Ərhan Tokər

    25.10.2026 22:11:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved