Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    "Əsas hədəfimiz qrupu 2-ci pillədə başa vurmaqdır" - Famil Xəlilov
    26.10.2026 12:55:31

    Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Azərbaycan millisinin əsas hədəfi qrup mərhələsini 2-ci pillədə başa vurmaqdır.

    Prosport.Az xəbər verir ki, bunu komandanın baş məşqçisi Famil Xəlilov İsrailə Hövsan Yarış Kompleksində qalib gəldikləri matçdan (3:1) sonra deyib.

    O, komandanın son oyunu və futbolçuların psixoloji durumu haqqında fikirlərini bölüşüb: "Futbolçuları təbrik edirəm, layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin altından çıxa bildilər, bizi sevindirən amillərdən biri də budur".

    Mütəxəssis qrupdakı vəziyyəti dəyərləndirib: "Avstraliya qrupu böyük ehtimalla lider kimi bitirəcək. Bizim və Haiti komandasının 9 xalı var, ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyundakı heç-heçə və ya qələbə qrupu ikinci pillədə tamamlamağımıza səbəb olacaq. Bütün diqqətimizi buna yönəltmişik. Oktyabrın 27-dən sonra B qrupundakı rəqiblər bəlli olacaq və mübarizəni orada davam etdirəcəyik. Orada da 5 oyunumuz var".

    F.Xəlilov heyətdə edilən əvəzetmələrə və futbolçuların inkişafına da toxunub: "Həm növbəti oyun üçün balanslı hərəkət etməyi planlaşdırırdıq, həm də digər uşaqlara şans qazandırmaq istəyirdik. Əsas olan futbolçuların inkişafıdır. Çalışırıq ki, heyətdəki 14 nəfərin hamısı bərabər şans qazansın".

    Baş məşqçi turnirin ümumi ssenarisi ilə bağlı ehtimallarını da açıqlayıb: "Düşündüyümüz qrup çox önəmlidir, amma konkret favorit göstərə bilmərəm. Çünki sürpriz komandaların da çempion olmaq ehtimalı var".

    Xatırladaq ki, U-15 millimiz daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə 1:3 hesabı ilə uduzub.

    Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

    Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

    Futbol

    İnfantino Bakıda seçki üçün səs yığır

    26.10.2026 15:42:31
    Futbol

    Azərbaycandan getdi, "Partizan"dan da qovuldu

    26.10.2026 15:16:39
    Futbol

    “Mançester Yunayted” “Sabah”la oyundan sonra qələbə qazana bilmir

    26.10.2026 14:39:52
    Akademiya

    "Əsas hədəfimiz qrupu 2-ci pillədə başa vurmaqdır" - Famil Xəlilov

    26.10.2026 12:55:31
    Futbol

    Dünya çempionatı: Millimiz İsrailə qalib gəldi - YENİLƏNİR

    26.10.2026 12:22:14
    Futbol

    Rəşad Sadıqovun rəhbərliyi altında 250 oyun

    26.10.2026 12:09:03
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İnfantino Bakıda seçki üçün səs yığır

    26.10.2026 15:42:31

    Azərbaycandan getdi, "Partizan"dan da qovuldu

    26.10.2026 15:16:39

    Çempionlar Liqası: "Turan"ın səfər oyunu canlı yayımda

    26.10.2026 14:56:05

    “Mançester Yunayted” “Sabah”la oyundan sonra qələbə qazana bilmir

    26.10.2026 14:39:52

    Azərbaycanda bu federasiyanın yeni baş katibi təsdiqləndi

    26.10.2026 14:20:41

    Nihat Məmmədli və və Həsrət Cəfərov dünya çempionatının yarımfinalında - YENİLƏNİR

    26.10.2026 13:42:30

    Avropa çempionumuz 200-dən çox karateçiyə seminar keçdi

    26.10.2026 13:17:15

    "Əsas hədəfimiz qrupu 2-ci pillədə başa vurmaqdır" - Famil Xəlilov

    26.10.2026 12:55:31

    Dünya çempionatı: Millimiz İsrailə qalib gəldi - YENİLƏNİR

    26.10.2026 12:22:14

    Rəşad Sadıqovun rəhbərliyi altında 250 oyun

    26.10.2026 12:09:03

    "Sabah" rekordu təkrarladı

    26.10.2026 11:40:19

    Azərbaycan Kuboku: FIFA referilərinə təyinat verilmədi

    26.10.2026 11:11:20

    Boksçularımız Avropa çempionatını 10 medalla tamamladı

    26.10.2026 10:49:44

    Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurdu

    26.10.2026 10:25:39

    "Onların yaşı qədər təcrübəm var" - Eldəniz Əzizli

    26.10.2026 00:00:47
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved