Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Karatemizin verdiyi siqnal – Bu idman növünə təcili sponsor tapılmalıdır!
    24.06.2023 12:51:07

    Azərbaycan karatesi bu ildən etibarən sponsorsuz qalıb. Artıq Azərbaycan karateçiləri Premyer Liqa yarışlarına federasiyanın pulu ilə yollana bilmir.

    İş o yerə çatıb ki, titullu karateçimiz İrina Zaretskaya Premyer Liqa yarışlarına getmək üçün öz dostları və nazirliyin vəsaiti hesabına (Gənclər və İdman Nazirliyinin Əsasnaməsinə görə, idmançılar üçün pul ancaq – dünya çempionatı, Avropa çempionatı, Avropa Oyunları, Olimpiya Oyunları kimi mötəbər yarışlar üçün ayrılmalıdır) yollanmalı olur. Bununla belə, İrina bu il qatıldığı bütün turnirlərdən medalla qayıdır, qarşılaşdığı 3 finaldan 2-də İsveçrə təmsilçisi Elena Kuiriçidən üstün olur.

    Tokio Olimpiadasında Azərbaycanın 3 finalından 2-də karatenin adı varsa, Polşada keçirilən III Avropa Oyunlarında 5 medaldan 3-də karateçilərimizin imzası var. Bunların 2-si qızıldır. Güləşçilərimizin, cüdoçularımızın (fərdi yarışlarda) olmadığı bir turnirdə karateçilərin bu medallarına çox ehtiyac var.

    Tural Ağalarzadə müsahibəsində düz-əməlli təlim-məşq toplanışı keçmədiklərini bildirir. Bu onu göstərir ki, karate Olimpiya idman növü proqramından çıxarıldıqdan sonra bu federasiyada maliyyə böhranı yaşanır. Bununla belə, kumite üzrə yarışlarda məhz Azərbaycan karateçiləri Avropa Oyunlarına ən çox lisenziya qazanan ölkə oldu.

    Azərbaycan karate millisi İspaniya ilə birgə (ispaniyalılar Azərbaycanın yarışmadığı katanın hesabına 2 qızıl medal qazanıb) Avropa Oyunlarında 2 qızıl və 1 bürünc medal qazanmaqla Ukraynadan sonra 2-ci oldu. Ukrayna yalnız 1 gümüş medalın hesabına medal sıralamasına başçılıq edir. Azərbaycan karatesinin bu göstəricisi Minskdə keçirilmiş II Avropa Oyunlarındakı nəticədən daha yaxşıdır. Həmin vaxt 5 medal olsa da, əyara görə (1 qızıl, 3 gümüş, 1 bürünc) Azərbaycan ilk "3-lük"dən kənarda qalmış və 4-cü olmuşdu. 

    İndi siz deyin. Karate qeyri-Olimpiya idman növü olduğu üçün sambonun vəziyyətini niyə yaşamalıdır? Hər federasiyada kikboksinqdə olduğu kimi, Adil Əliyev kimi sponsor olmur. Ona görə də Bakıdakı Dünya Kubokunda belə nəticə qazana bilməyən atıcılardansa (Olimpiadaya Ruslan Lunyovun ilk lisenziyanı qazanması hələ uğur demək deyil), qanımıza döyüş növlərinin hopduğu karateyə sponsor tapmaq düzgün olmazmı?

    Axı, Azərbaycan beşqat dünya çempionu Rafael Ağayev kimi idmançı yetişdirmiş ölkədir. Karateyə tezliklə sponsor tapılmalıdır! Karatemizi yaşadaq!

    Səbuhi Musa

    Döyüş növləri

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13
    Döyüş növləri

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58
    Döyüş növləri

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47
    Döyüş növləri

    Azərbaycanlı MMA döyüşçüsü "A1 Combat"da ilk qələbəsini qazandı

    17.10.2026 11:43:33
    Boks

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48
    Döyüş növləri

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved