I Liqada mübarizə aparan "Mingəçevir" klubu ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.
Prosport.Az-ın xəbərinə görə, tədbir sabah saat 13:30-da "Fairmont" hotelinin Üzeyr Hacıbəyli zalında baş tutacaq.
Tədbirdə "Mingəçevir" klubundan İdarə Heyətinin sədri Nurlan Əhmədov olacaq. ASTA-dan isə sözügedən akademiyanın rəhbərliyindən Bünyatov qardaşlarının iştirakı gözlənilir.
Həmçinin, imzalanma mərasimində tərəflər arasında sözləşmənin alınmasında böyük pay sahibi olmuş Futbolun İnkişaf Fondunun rəhbərliyi də yer alacaq.
Qeyd edək ki, ASTA-nın "Mingəçevir"ə sponsorluq edəcəyini ilk olaraq Prosport.Az saytı noyabrda ictimaiyyətə məlumat verib.

