Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Adnan Əhmədzadə Azərbaycanın bu klubuna rəhbərlik edəcək – EKSKLÜZİV
    28.11.2024 13:04:30

    Tanınmış iş adamı, SOCAR-ın sabiq əməkdaşı Adnan Əhmədzadə peşəkar futbola gətirilir.

    Prosport.Az-ın çox etibarlı mənbədən əldə etdiyi məlumata görə, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan A.Əhmədzadə yanvardan etibarən I Liqada çıxış edən "Mingəçevir" klubunun rəhbərliyi postunda olacaq.

    Braziliyalı dünya çempionu Ronaldinyu və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirmiş, argentinalı dünya çempionu Lionel Messi ilə dostluq əlaqələri olan şəxs artıq özünü peşəkar futbolda sınamaq istəyir. A.Əhmədzadənin əsas məqsədi "Mingəçevir"i dirçəltmək, bu şəhərdə peşəkar futbolu inkişaf etdirmək, klubu əvvəlki əzəmətinə qaytarmaq olacaq. 

    Bu səbəbdən də İqtisadiyyat Nazirliyində Aparat rəhbəri işləyən, Mingəçevirdən olan Ayaz Əliyev daha kluba rəhbərlik etməyəcək. Həmçinin, onun sinif yoldaşı Nurlan Əhmədovun da İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılacağı gözlənilir.

    Klubun yeni adı isə böyük ehtimalla, ASTA və ya "ASTA-Mingəçevir" olacaq. ASTA A.Əhmədzadənin Azerbaijan Sport Talents Academy mənasını verən uşaq futbol məktəbinin adıdır. Məhz "Barselona" ilə yaxşı əlaqələrinin olması səbəbindən bu il ASTA-dan bir neçə azərbaycanlı uşaq hazırda "Marset" Akademiyasında təhsil alır.

    Həmçinin, hazırda AFFA-nın keçirdiyi aşağı yaş qrupu üzrə liqalarda yarışan ASTA futbolçularının "Mingəçevir" klubunun balansına veriləcəyi gözlənilir.

    Adnan Əhmədzadə Gənclər və İdman Nazirliyinə məxsus Mingəçevir şəhər stadionunu da uzun müddətə icarəyə götürmək və buradakı infrastrukturu daha da mükəmməlləşdirmək niyyətindədir.

    Futbol

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08
    Futbol

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50
    Futbol

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11
    Futbol

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12
    Futbol

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    Futbol

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved